Ukrayna ordusunda islahatların aparılması üçün ABŞ-Ukrayna birgə komissiyası yaradılıb

Ukrayna ordusunda islahatların aparılması üçün ABŞ-Ukrayna birgə komissiyası yaradılıb
# 23 oktyabr 2014 12:33 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Ukrayna silahlı qüvvələrində islahatların aparılması məqsədi ilə ABŞ-Ukrayna birgə komissiyası yaradılıb.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, komissiya oktyabrın 17-də Kiyevdə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı və ABŞ-ın Avropada Komandanlığı tərəfindən təsis olunub.

Razılaşmaya əsasən, Ukraynanın təhlükəsizliyinin təmin edilməsi üçün ABŞ tərəfi Kiyevə 100 mln. dollar dəyərində hərbi yardım edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR