«Qafqaz İnkişaf Bankı»nın aktivləri 2012-ci ildə 72% artıb

«Qafqaz İnkişaf Bankı»nın aktivləri 2012-ci ildə 72% artıb
# 30 yanvar 2013 12:39 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Qafqaz İnkişaf Bankı» ASC-nin aktivlərinin həcmi 2013-cü il yanvarın 1-nə 104,202 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 71,6% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 79,7% artaraq 95,631 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 20,983 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin əvvəlinə olan göstəriciyə nisbətən 4,2 dəfə çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi il ərzində 5,7 dəfə azalaraq 162 min manata çatıb. Vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi isə 10 dəfə azalaraq 0,17%-ə düşüb.

Bankın depozit portfeli 2012-ci ildə 2,8% artaraq 11,230 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 4,741 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 51,2% çoxdur.


Ötən il ərzində bankın məcmu kapitalı 2,5 dəfə artaraq 30,855 mln. manat, o cümlədən nizamnamə kapitalı 2,5 dəfə artaraq 30,2 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 2,3 dəfə artaraq 2 985, o cümlədən fiziki şəxslərin sayı 3,2 dəfə artaraq 2 403, hüquqi şəxslərin sayı 4,6% artaraq 582 olub.


Xatırladaq ki, «Qafqaz İnkişaf Bankı» 1996-cı ilin aprelində yaradılıb. Hazırda bankın ölkə üzrə 3 filialı fəaliyyət göstərir. Bankın 79 işçisi var, bank üzrə orta aylıq əmək haqqı isə 560 manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR