Təhsil Nazirliyi: Orta məktəb dərsliklərində müəyyən düzəlişlər etmək olar

Təhsil Nazirliyi: Orta məktəb dərsliklərində müəyyən düzəlişlər etmək olar
# 07 fevral 2013 13:50 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyib. O bildirib ki, orta məktəb dərsliklərində müəyyən düzəlişlər etmək olar, amma onlar hər il dəyişilə bilməz. Şöbə müdirinin sözlərinə görə, yeni nəşrlərdə isə bütün deyilənlər, müəlliflərin rəyi və digər bütün məsələlərə baxılacaq: “Biz birinci növbədə maraqlıyıq ki, dərsliklər səhvsiz olsun. Amma kurrikulum yeni başlayıb və buna əsasən dərsliklərin yazılması, onların qiymətləndirməsinin aparılması yenidir. Müəlliflər bu sistemə əsasən yeni yazdıqları üçün müəyyən müddət qüsurlar ola bilər. Buna da obyektiv yanaşmaq lazımdır. Lakin bu səhvləri zaman keçdikcə düzəldəcəyik. Amma dərsliklərin bir ildən sonra yenidən çap olunması başqa məsələdir. Hesab etmirəm ki, bu gün hansısa dərslik tamamilə yararsız olsun və yaxud kurrikuluma uyğun olmasın. Dərsliklərdəki elmi səhvlərə ciddi yanaşmaq lazımdır. Gələcəkdə deyilənlərə ciddi yanaşılacaq və məsələni ciddiliyə doğru dəyişəcəyik”.

Şöbə müdiri qeyd edib ki, hələlik dərsliklərin monitorinqinin aparılmasından sonra yekun rəy Təhsil Nazirliyinə təqdim olunmayıb. Dərsliklərin monitorinqi ilə bağlı işlərin davam etdiyini deyən F.Şahbazlı qeyd edib ki, sonda yekun rəy nazirliyə təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR