Ələt-Astara magistralında iki yük maşını toqquşub, ölən və xəsarət alan var - YENİLƏNİB

Ələt-Astara magistralında iki yük maşını toqquşub, ölən və xəsarət alan var - <span style="color: red;">YENİLƏNİB
# 15 iyul 2015 13:26 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyulun 15-də saat 14.30 radələrində Ələt-Astara magistralının 182-ci kilometrliyində - rayonun Qumbaşı kəndindən keçən hissəsində qeydə alınıb. Astara rayon sakini, 40 yaşlı Elçin Musayevin idarə etdiyi 90 NB 323 dövlət nömrə nişanlı və Salyan rayon sakini, 52 yaşlı Razim Xudiyevin idarə etdiyi 44 AC 535 dövlət nömrə nişanlı “Howa” markalı iki ağır tonnajlı yük maşını toqquşub. Güclü zərbədən astaralı sürücü ölüb, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qəzadan sonra magistral yol iki saatadək bağlı olub. Hadisə yerinə cəlb olunan yol polisinin əməkdaşlarının səyləri nəticəsində yolda nəqliyyatın hərəkəti bərpa olunub.

Ölən sürücünün meyiti isə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri tərəfindən deformasiyaya uğramış maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırmalara başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR