Türkiyənin tanınmış eksperti ADİU-da olub

Türkiyənin tanınmış eksperti ADİU-da olub
# 04 iyun 2015 07:01 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Orta Doğu Texniki Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının müdiri, beynəlxalq münasibətlər sahəsində dünyada tanınmış ekspertlərdən olan professor Hüseyn Bağcı Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.


ADİU-dan APA-ya verilən məlumata görə, qonaq ADİU-nun rektoru, professor Ədalət Muradovla görüşüb. Görüşdə Orta Doğu Texniki Universiteti ilə, xüsusilə də bu universitetin İqtisadiyyat və İdarəetmə Elmləri fakültəsi ilə ADİU arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR