Robert Prosineçkinin Azərbaycan millisinə baş məşqçi təyinatı dekabrın 3-də rəsmiləşə bilər

Robert Prosineçkinin Azərbaycan millisinə baş məşqçi təyinatı dekabrın 3-də rəsmiləşə bilər
# 25 noyabr 2014 13:35 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, yığıncaq dekabrın 3-də baş tutacaq.

AFFA-nın inzibatı binasında keçiriləcək iclas saat 11:00-da başlayacaq. Yığıncağın gündəliyində duran əsas məsələ Azərbaycan millisinin baş məşqçisinin təsdiqlənməsidir.

Hazırda ölkəmizdə olan Xorvatiyalı Robert Prosineçki ilə danışıqlar müsbət yekunlaşsa, komitə məhz onu bu posta təsdiqləyəcək.

Ümumilikdə isə gündəlikdə 5 məsələ, həmçinin digər mövzuların müzakirəsi də yer alıb.

1. Məşqçilər Komitəsinin yaradılmasının, Əsasnaməsinin və üzvlərinin təsdiqi.

2. Milli Komandanın baş məşqçisinin təsdiqinin müzakirəsi.

3. U-21 yığma komandasının baş məşqçisinin təsdiqinin müzakirəsi.

4. Klublar Komitəsinin yaradılmasının və Əsasnaməsinin təsdiqi.

5. Lisenziyalaşdırma qrupunun məlumatı.

6. Digər məsələlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR