Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində saxlanan şəxsdə narkotik vasitə aşkarlanıb

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində saxlanan şəxsdə narkotik vasitə aşkarlanıb
# 23 dekabr 2014 10:24 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) Müvəqqəti Saxlama Yerində narkotik vasitə aşkar edilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulan Elçin Kişiyevin saxlanıldığı Müvəqqəti Saxlama Yerinin kamerasına baxış zamanı 35 qram heroin aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı E.Kişiyevin narkotik vasitəni İran İslam Respublikasından udaraq keçirməsi müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR