Azərbaycan Yelkənli İdman Federasiyasının başçısı İSAF və EUROSAF prezidentləri ilə görüşüb - FOTO

Azərbaycan Yelkənli İdman Federasiyasının başçısı İSAF və EUROSAF prezidentləri ilə görüşüb - <span style="color: red;">FOTO
# 07 iyul 2014 20:26 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycan Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Q. Qurbanov son illər yelkənli idman növünə gənc nəsil arasında marağın atdığını vurğulayıb. Qeyd edilən idman növünün Azərbaycanda inkişaf etdirilməsi ilə əlaqədar Azərbaycan Yelkənli İdmanı Federasiyası tərəfindən hazırlanmış inkişaf planı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilib.

Azərbaycanın beynəlxalq səviyyəli yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayan Q. Qurbanov Bakı şəhərində mövcud olan hava şəraitinin yelkənli qayıq yarışlarının keçirilməsi üçün çox əlverişli olduğunu bildirib. Yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə yeniyetmələr arasında 2016-cı ildə keçiriləcək Dünya Çempionatına Azərbaycanın paytaxtı Bakı şəhərinin ev sahibliyi etmək istəyi barədə məlumat verib.

K. Kroçe də öz növbəsində Azərbaycanın belə bir təşəbbüslə çıxış etməsini çox müsbət qarşılayıb. İSAF və EUROSAF rəhbərləri ümumiyyətlə Azərbaycanda yelkənli idman növünün inkişafının yeni mərhələsinə böyük ümidlər bəslədiklərini qeyd edərək, bu işdə Azərbaycan Yelkənli İdman Federasiyasına daimi lazımi dəstək verilməsinə hazır olduqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR