Bu ilin I rübündə Azərbaycana daimi yaşamaq üçün 494 nəfər gəlib

Bu ilin I rübündə Azərbaycana daimi yaşamaq üçün 494 nəfər gəlib
# 16 aprel 2013 09:07 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin əvvəlindən Azərbaycanda rəsmi orqanlar tərəfindən 16,1 min nikah və 2,8 min boşanma qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə 2012-ci ilə nisbətən nikahların sayı 6,4-dən 7,1-ə qədər, boşanmaların sayı isə 1,1-dən 1,2-yə qədər artıb. Nəticədə, nikahların artım tempi boşanmalar üzrə analoji göstəricini 1,8 faiz bəndi qabaqlayır.

Dövlət Statistika Kmitəsindən «APA-Economics»ə verilən məlumata görə, birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 27,1, qadınlar arasında isə 23,7 yaş təşkil edir.

Cari ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 494 nəfər gələn və 36 nəfər ölkədən gedən qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR