“Qarabağ” qapıçısı ilə yeni müqavilə bağlayır

“Qarabağ” qapıçısı ilə yeni müqavilə bağlayır
# 19 dekabr 2014 09:59 (UTC +04:00)

Bakı – APA. Avropa Liqasındakı çıxışını dayandıraraq, bütün diqqətini ölkə çempionatına yönəldən “Qarabağ” klubu müqaviləsinin sonuna az qalmış futbolçularla danışıqlara başlayıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi İbrahim Şehiçlə yeni müqavilə barəsində razılığa gəlib. Tərəflər bu gün danışıq masası arxasında əyləşəcəklər. Qüvvədə olan sözləşməsi gələn ilin yayında başa çatacaq Şehiçin “köhlən atlar”la yeni 2 illik müqaviləyə qol çəkəcəyi gözlənilir.

Karyerası ərzində “Jelezniçar” və “Mersin İdmanyurdu” klublarının da formasını geyinən Şehiç 2013-cü ildən “Qarabağ”ın uğurları üçün çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR