Təhsil İdarəsinin rəhbərliyi Bakı məktəblərinin direktorları ilə görüşüb - FOTO

Təhsil İdarəsinin rəhbərliyi Bakı məktəblərinin direktorları ilə görüşüb - <span style="color: red;">FOTO
# 02 mart 2015 13:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin direktorları ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi arasında görüş keçirilib.

BŞTİ-dən APA-ya verilən xəbərə görə, görüşdə təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov, BŞTİ-nin müfaviq struktur bölmə rəhbərləri və idarənin əməkdaşları da iştirak edib.

Nazir müavini Ceyhun Bayramov prezidentin sərəncamı ilə təsdiq edilmiş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na toxunaraq təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişaf etdirilməsi, müəllimin karyera imkanları, fəaliyyətinin stimullaşdırılması və müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsinin əsas hədəflərdən olduğunu bir daha xatırladıb. O, BŞTİ-nin həyata keçirəcəyi yeniliklərdən söz açıb. Nazir müavini eyni zamanda, bu ildən etibarən I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə aparılacağını vurğulayıb və bunun məqsəd, mahiyyəti barədə məktəb rəhbərlərini ətraflı məlumatlandırılıb.

Görüş qarşılıqlı müzakirə şəklində baş tutub, direktorlar tərəfindən müxtəlif fikir və təkliflər səsləndirilib və verilən çoxsaylı suallar nazir müavini Ceyhun Bayramov tərəfindən cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR