Bakı. Ramiz Mikayıloğlu - APA. “Seçki pozuntuları son nəticədə Avropa İnsan Hüquqları Məhkəməsinin predmeti olur. Ona görə də seçki pozuntuları dairə seçki komissiyalarının nəzdindəki ekspert qruplarında məsuliyyətlə araşdırılmalıdır”.
APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasında (
Seminar-müşavirənin Konstitusiya Gününə təsadüf etdiyini bildirən N.Məmmədov deyib ki, Konstitusiyanın üçdə bir hissəsi insan hüquqlarına həsr edilib: “Biz insan hüquqlarının qorunmasında öhdəlik daşıyan insanlarıq. Ona görə də vətəndaşlardan, ictimai birliklərdən hansı münasibəti gözləyiriksə, biz də qarşılıqlı olaraq onlara elə münasibət bəsləməliyik. Bu prosesdə seçki komissiyalarının rolu mühümdür. DSK nəzdindəki ekspert qrupları insan hüquqlarının qorunması istiqamətində bir addım, öz səlahiyyətləri daxilində məsul bir qurumdur. Hüquq-mühafizə orqanları ilə müqayisə aparsaq, ekspert qrupları istintaq-təhqiqat aparan qurumlar qədər əhəmiyyətlidir. Seçki hüququ insan hüquqlarının ən ali mərtəbəsidir. Azərbaycanda artıq qanuni əsaslarla fəaliyyət göstərən, təcrübəli seçki komissiyaları sistemi formalaşıb, məntəqə, dairə seçki komissiyaları və MSK olmaqla ölkə ərazisini əhatə edilir. İnşallah, ölkə ərazisi azad ediləcək, seçki komissiyaları bütün ölkə ərazisini əhatə edəcək”.
Azərbaycanda 5 milyon nəfərdən çox seçici olduğunu nəzərə çatdıran