Qurban Məmmədov barəsində cinayət işi məhkəməyə göndərilib

 Qurban Məmmədov barəsində cinayət işi məhkəməyə göndərilib
# 04 sentyabr 2013 07:39 (UTC +04:00)

Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, cinayət işinin materialları baxılmaq üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İş hakim Emin Mehdiyevin icraatına verilib. Prosesin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, vəkil Q. Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Sonradan istintaq orqanı tərəfindən Q. Məmmədova Cinayət Məcəlləsinin 299.1-ci (zərərçəkmişi pulla ələ alma) maddəsi ilə əlavə ittiham da elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR