“Expressbank” kartları ilə pul göndərmək daha rahat olub

“Expressbank” kartları ilə pul göndərmək daha rahat olub
# 02 oktyabr 2014 11:31 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Expressbank” bank kartları üzrə “Visa Personal Payments” və “MasterCard MoneySend” xidmətlərini təqdim edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu xidmət vasitəsilə “Visa” və “MasterCard” sahibləri 24 saat ərzində MDB ölkələrinin istənilən bankının kart sahibinə pul göndərə bilərlər.

Xidmətdən istifadə etmək üçün bankomatda “Pul köçürmələri” bölməsini seçmək, sonra isə tələb olunan göstəriciləri daxil etmək zəruridir.

Köçürmələr manat və ya ABŞ dolları ilə həyata keçirilir. Azərbaycan banklarının kart sahiblərinə pul göndərərkən 1%-dək, MDB ölkələri üzrə isə 1,5%-dək komissiya tutulur.

“Expressbank” müştərilərə 6 manatdan başlayaraq “Visa” və “MasterCard” kartlarını təqdim edir. Hesaba minimum 400 manat ilkin mədaxil edənlərə Visa Gold / MasterCard Gold kartları pulsuz təqdim edilir. Hesabda olan məbləği “Expressbank” bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur.

“Expressbank” həmçinin internet vasitəsi ilə onlayn ödənişlər zamanı dələduzluq hallarının qarşınısı almaq məqsədilə bank kartı istifadəçilərinə 3D Secure xidmətini təqdim edir. Bu xidmət həm “Visa”, həm də “MasterCard” kartlarına şamil olunur.

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat və ExpressPay ödəniş terminalı vardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR