Zərdabda “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda konfrans keçirilib

Zərdabda “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda konfrans keçirilib
# 16 aprel 2013 16:22 (UTC +04:00)

Zərdab. Zahid Abışov-APA. Zərdab rayonunda Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda konfrans keçirilib. APA-nın yerli bürosunun məlumatına görə, tədbirdən öncə rayonun mədəniyyət işçiləri Heydər Əliyevin abidəsini ziyarət ediblər. Zərdab şəhər mədəniyyət evinin müdiri Elyurə Məmmədova Heydər Əliyevin tarixi xidmətlərindən söz açıb. Onun sözlərinə görə, mayın 10-a kimi mədəniyyət ocaqlarında müxtəlif müsabiqələr, yarışlar, sərgilər və konfranslar keçiriləcək.

Konfransda çıxış edən digər natiqlər bildiriblər ki, Heydər Əliyev istər sovetlər dönəmində, istərsə də müstəqil Azərbaycana rəhbərlik edərkən mədəniyyətimizin inkişafına, incəsənət xadimlərinə hər cür diqqət və qayğının göstərilməsinə xüsusi önəm verib. Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik edərkən bütün ölkədə olduğu kimi Zərdabda da çoxsaylı mədəniyyət ocaqları, klublar, kitabxanalar istifadəyə verilib.

Konfransda “Milli mədəniyyətimizin uğurları ulu öndərin adı ilə bağlıdır”, “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” və digər mövzularda məruzələr oxunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR