Qobustan həbsxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Qobustan həbsxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb
# 16 iyul 2014 08:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Qobustan həbsxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 234.4.2 və 67.1 maddələrinə əsasən təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Fərhad Cəbrayıl oğlu Əliyevə xalası oğlu Elşən Həsən oğlu Həziyevin gətirdiyi sovqata baxış keçirilib. Bu zaman gilas mürəbbəsinin içərisində gizlədilmiş, xalis çəkisi 0.941 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.


Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR