Rusiya hərbi texnikası Ukrayna ərazisinə daxil olub

Rusiya hərbi texnikası Ukrayna ərazisinə daxil olub
# 15 avqust 2014 08:49 (UTC +04:00)

APA-nın xəbərinə görə, Ukrayna Antiterror Mərkəzi bu faktı təsdiqləyib. Mərkəzdən bildiriblər ki, karvan Luqansk vilayətinin Molodoqvardeyskaya rayonuna doğru irəliləyir: “Kəşfiyyat təsdiqləyib ki, “BTR” və “Ural” avtomobillərindən ibarət karvan sərhədi keçib və müvəqqəti bağlı olan “İzvarino” nəzarət-buraxılış məntəqəsindən ölkəmizə daxil olub. Kəşfiyyat təsdiqləyir ki, hərbi texnikanın üzərindəki tanınma nişanları və nömrələr Rusiyaya aid olub”.

Mərkəzdən onu da deyiblər ki, karvan çox böyük deyil, lakin onların dəqiq sayını müəyyənləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, Britaniyanın “The Guardian” qəzetinin Moskva müxbiri Şon Uoker avqustun 14-də axşam Rusiyadan Ukraynaya göndərilən humanitar yardım karvanını müşayiət edən “BTR”lərin və yük avtomobillərinin Ukrayna sərhədini keçdiyini öz gözləri ilə gördüyünü “Twitter”də yazıb. Bunu digər Britaniya nəşri “The Telegraph”ın jurnalisti Roland Olifant da təsdiqləyib. Rusiyanın “Dojd” telekanalının əməkdaşı Timur Olevski isə humanitar yardımı müşayiət edən 50-yə yaxın “BTR”in karvandan ayrıldığını söyləyib.

Xatırlatmaq yerinə düşər ki, Rusiya ərazisindən separatçılara yardım üçün Ukrayna ərazisində hərbi texnika və canlı qüvvənin daxil olması ilk dəfə deyil. Donbassda müharibə başlayandan bəri belə hallar tez-tez baş verir və artıq Ukrayna tərəfi üçün də adi hala çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR