Təhsil Nazirliyi müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi məsələsinə aydınlıq gətirib

Təhsil Nazirliyi müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi məsələsinə aydınlıq gətirib
# 30 aprel 2013 14:53 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi tərəfindən respublika üzrə orta təhsil müəssisələrində tədrisin keyfiyyətinin və nizam-intizam prosesinin gücləndirilməsi üçün müvafiq tədbirlər hazırlanıb həyata keçiriləcək. APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, bu tədbirlər bütövlükdə ölkə üzrə icra olunacaq. Bu tədbirlər təhsil müəssisələrində tədrisin keyfiyyətinin və nizam-intizam prosesinin güclənməsinə müsbət təsir edəcək.

Təhsil Nazirliyi müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi məsələsinə aydınlıq gətirib. Bildirilib ki, prezident İlham Əliyevin “Dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə” sərəncamının icrası istiqamətində Nazirlər Kabineti tərəfindən Konsepsiya layihəsi Təhsil Nazirliyinə daxil olub. Nazirlik müvafiq rəy və təkliflərini aidiyyəti qurumlara təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR