Bakıda Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalının açılış mərasimi keçirilib - FOTO

Bakıda Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalının açılış mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 15 aprel 2013 08:23 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Aprelin 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konsert proqramında xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib, Dmitri Şostakoviçin, Qara Qarayevin, Fərəc Qarayevin, Xəyyam Mirzəzadənin və Ottorino Respiginin əsərləri səsləndirilib

Açılış mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Qara Qarayevin 95 illiyinə həsr olunmuş festivalın iştirakçılarını salamlayaraq 2013-cü ilin ölkədə “Mədəniyyət ili” elan olunduğunu xatırladıb: “Cari ildə xarici ölkələrdə Azərbaycan mədəniyyət günlərinin keçirilməsi, “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalının təşkili, Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Caz Festivalı, eləcə də görkəmli incəsənət xadimlərinin və musiqiçilərin yubiley və xatirə gecələrinin keçirilməsi planlaşdırılıb”.

Qeyd edək ki, festivalın bədii rəhbəri əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevdir. Festival aprelin 19-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR