Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Yasamal rayon filialının fiziki şəxslərlə iş şöbəsinin məsləhətçiləri – Rüfət Muradov və Qorxmaz Vəliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Proses aprelin 24-də davam etdiriləcək.
İttihama görə, hər iki şəxs vəzifədə işlədiyi dövrdə müştərilərin vəsaiti tamah yolu ilə mənimsəyərək, onlara qarşı ümumilikdə 118 min manat məbləğində pul vəsaitini ələ keçiriblər.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə; külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi açılıb.