İsmayıllıda sahibkarlar üçün treninq keçirilib

İsmayıllıda sahibkarlar üçün treninq keçirilib
# 03 aprel 2013 13:50 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. İsmayıllıda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün “Biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir”, “Biznes planların hazırlanması” və “İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin, İqtisadi İnkişaf Nazirliyinin Dağlıq Şirvan regional bölməsinin, Bakı Biznes Tədris Mərkəzinin, Mərkəzin Göyçay nümayəndəliyinin əməkdaşları, eləcə də İsmayıllı rayonunda fəaliyyət göstərən 70-dən çox sahibkar iştirak edib.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini və bu sahədə dövlət dəstəyinin gücləndirildiyini bildirib. Qeyd edib ki, sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlayanların maarifləndirilməsi, onlara zə­ruri nəzəri biliklərin, praktiki bacarıq­ların, beynəlxalq təcrübənin aşılanması, sahibkarlıq subyektlərinə tədris-metodiki, innova­siya və konsaltinq xidmətlərinin göstərilməsi sahibkarlara göstərilən dövlət dəstəyi tədbirlərinin vacib komponentləridir.

A.Fərruxov çıxışında biznes tədrisinin təkmilləşdirilməsi və müasir tələblər səviyyəsində qurulması istiqamətində Bakı Biznes Tədris Mərkəzi tərəfindən görülən işlər barədə də məlumat verib.

Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin rəhbəri Akif Abbasov keçirdiyi təqdimatlarda biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması, strateji planlaşdırmanın aparılması və s. barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Treninq iştirakçıları həmçinin, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, elektron portalları, onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar və s. barədə məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR