QHT Əməkdaşlıq Alyansı Almaniyada övladları əlindən alınan azərbaycanlı qadınla bağlı prezident İlham Əliyevə müraciət edib - FOTO

QHT Əməkdaşlıq Alyansı Almaniyada övladları əlindən alınan azərbaycanlı qadınla bağlı prezident İlham Əliyevə müraciət edib - <span style="color: red;">FOTO
# 23 aprel 2013 08:46 (UTC +04:00)

Bakı-APA. QHT Əməkdaşlıq Alyansı Almaniyada övladları əlindən alınan azərbaycanlı qadınla bağlı ölkə prezidenti İlham Əliyevə müraciət edib. Bu barədə APA-ya QHT Əməkdaşlıq Alyansı Mətbuat və İnformasiya Katibliyindən bildirilib. Məlumatda qeyd olunub ATV telekanalında nümayiş olunan “Səni axtarıram” verilişində Almaniyada yaşayan azərbaycanlı Ruhəngiz Əli qızı Cəfərova 3 övladının Almaniya məhkəməsi tərəfindən alınaraq başqa ailəyə verilməsi barədə məlumat verib: “Almaniyada övladları əlindən alınan azərbaycanlı ana başına gətirilən hadisə ilə bağlı Azərbaycandan kömək istəyib. Hüquqları tapdalanmış azərbaycanlı ana gözəl bilir ki, bu gün Azərbaycan güclü bir dövlətdir və hər bir vətəndaşını qorumaq iqtidarındadır. Ölkə prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, o, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının prezidentidir və onları qoruyacaq. QHT Əməkdaşlıq Alyansı inanır ki, Azərbaycan Prezidenti Ruhəngiz Əli qızı Cəfərovanı da müdafiə edəcək və övladlarının ona qaytarılmasına kömək edəcək”.

Alyans üzvləri bu hadisənin baş verməsindən dərin təəssüf hissi keçirdiklərini bəyan ediblər: “Bu ədalətsiz olay Almaniya kimi hüquqi və demokratik bir dövlətdə baş verib. Həm də dil bilməməsi ucbatından öz hüquqlarını müdafiə edə bilməyən bir azərbaycanlı ana Almaniya məhkəməsinin məyusedici qərarı ilə üzləşməli olub. Bir ananın öz övladlarından ayrı salınması heç bir ölkənin məhkəməsinə, o cümlədən Almaniya məhkəmə sisteminə də başucalığı gətirmir. Ailə-məişət zəminində baş verən bir ailə münaqişəsi nəticəsində üç uşaq ata-anadan məhrum edilərək alman ailəsində böyüməyə məhkum edilib. Yaxşı hal odur ki, bir azərbaycanlı ana övladlarına sahib çıxmaq istəyir və onun sosial və psixoloji durumu məsuliyyətli və sevən bir ana olmağa yetərlidir. 30 apreldə keçiriləcək məhkəmədə hakimlərin bu məqamı ciddi nəzərə alması çox vacibdir və ümid edirik ki, məhkəmə övladlarını anaya qaytaracaq”.

QHT Əməkdaşlıq Alyansı Azərbaycan prezidentinə müraciətində daha sonra deyilir: “Cənab prezident, Ruhəngiz Əli qızı Cəfərovanın işi üzrə aprelin 30-da son məhkəmə iclasıdır. Ananın övladlarına qovuşması bu məhkəmədən asılıdır. Siz həmişə harada olmasından asılı olmayaraq hər bir azərbaycanlının yanında olmusunuz. Çətin günlərində onlara dayaq durmusunuz. Buna görə də sıralarında 50-dən çox Qeyri-Hökumət Təşkilatını birləşdirən QHT Əməkdaşlıq Alyansı nüfuzunuzdan istifadə edərək bu işə müdaxilə etməyinizi sizdən rica edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR