Şirvanda hamilə qadın ölüb

Şirvanda hamilə qadın ölüb
# 17 noyabr 2015 00:12 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Şirvanda 9 aylıq hamilə qadın ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ölüm faktı gecə saat 2.30 radələrində qeydə alınıb.

Yaşadığı evdə halı pisləşən Şirvan sakini, 1979-cu il təvəllüdlü Mustafayeva Günel Malik qızı təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Şirvan şəhər xəstəxanasının növbətçi həkimləri onun xəstəxanaya meyit vəziyyətində daxil olduğunu təsdiq ediblər. Hamilə qadının hansı səbəbdən öldüyünü aydınlaşdırmaq üçün meyit Şirvan şəhər morquna təhvil verilib.

Faktla bağlı Şirvan prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR