Oğuz və Qəbələdə baş vermiş yanğınlar lokallaşdırılıb

Oğuz və Qəbələdə baş vermiş yanğınlar lokallaşdırılıb
# 05 avqust 2014 09:16 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Avqustun 3-də Şahdağ Milli Parkının Oğuz meşəbəyliyinin 8-ci və Milli Parkın Qəbələ bölməsinin Bum meşəbəyliyinin 10-cu dolaylarında baş vermiş yanğınlar artıq lokallaşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğınlarla əlaqədar ETSN-in müvafiq yerli qurumları fövqəladə iş rejiminə keçib.

Nazirliyin hadisə yerinə cəlb olunmuş 300-dən artıq əməkdaşı Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları ilə birgə bütün istiqamətdə yanğınların artıq lokallaşdırılmasına nail olub.

Qeyd edək ki, yanğınlar yüksək dağlıq əraziləri əhatə etdiyindən və küləklə müşayiət olunduğundan tam olaraq söndürülməsində çətinliklər yaranıb.

İlkin hesablamalara görə, yanğın Oğuzda 6 hektar, Qəbələdə isə 7 hektar ərazini əhatə edib.

Hazırda ETSN-in müvafiq yerli qurumlarının əməkdaşları, o cümlədən FHN-in canlı qüvvəsi yanğınların tam söndürülməsi istiqamətində operativ tədbirlər həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR