Ağdamda avtomobil piyadanı vurub

Ağdamda avtomobil piyadanı vurub
# 19 iyul 2016 08:29 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ağdamda yol qəzası qeydə alınıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Bənövşələr qəsəbəsində baş verib. Şükür adlı şəxsin idarə etdiyi “VAZ 21099” markalı avtomobillə yolu keçən qəsəbə sakini 2002-ci il təvəllüdlü Abdinov Abdin Balay oğlunu vurulub. Sürücü dərhal xəsarət alan A.Abdinovu Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Xəstəxanadan verilən məlumata görə, müxtəlif xəsarətlər alan 14 yaşlı oğlana ilkin tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırılma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR