Ötən il Azərbaycanda doğuşların 30 minə yaxını qeysər kəsiyi ilə həyata keçirilib

Ötən il Azərbaycanda doğuşların 30 minə yaxını qeysər kəsiyi ilə həyata keçirilib
# 22 avqust 2014 12:11 (UTC +04:00)

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, bunlardan 113 673-ü normal doğuşlar olub. Hər 100 doğuşa 77,5 normal doğuşlar düşüb.

Doğuşlar zamanı 29 239 mamalıq əməliyyatları həyata keçirilib. Əməliyyatlardan 107-si maşaların qoyulması, 69-u vakuum-ekstrasiya, 28 954-ü qeysər kəsiyi, 109 dölün məhv edilməsi ilə bağlı olub.

Ötən il ölkədə 27,9 min abort qeydə alınıb. Ölkədə 15 - 49 yaşlı hər 1 000 qadına 10,4 abort, hər 100 doğuşa düşən abortlar sayı isə 19,0 təşkil edib. Abortların ümumi sayından 8,9-u mini-abortlar (15 - 49 yaşlı hər 1 000 qadına 3,3 min), 1,4 mini birinci hamiləliyin pozulması ilə olub.

Yaş qrupları üzrə abortların sayına gəlincə, 27 892 ümumi abortdan 1147-si 15-19 yaşlı, 5 710-u 20-24 yaşlı, 8 958-i 25-29 yaşlı, 7 849 30-34 yaşlı, 4 228-i 35 və yuxarı yaşda olan qadınlar tərəfindən həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR