Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Təmas Qrupu yaradıb

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Təmas Qrupu yaradıb
# 24 yanvar 2013 16:01 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının diaspor məsələlərinə cavabdeh dövlət qurumlarının mütəxəssislərindən ibarət Təmas Qrupu yaradılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bu barədə şuraya üzv ölkələrin diaspor rəhbərlərinin bu gün Bakıda keçirilən iclasının yekununda qərara alınıb.

Qrupun ilk iclası aprel ayında İstanbul şəhərində keçiriləcək. Təmas Qrupunun fəaliyyəti Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Katibliyi tərəfindən koordinasiya olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR