Azərbaycanda keçirilən bələdiyyə seçkilərində seçici fəallığı saat 17:00-a 36.38 faiz təşkil edib

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində seçici fəallığı saat 17:00-a 36.38 faiz təşkil edib
# 23 dekabr 2014 14:47 (UTC +04:00)

Bakı. Ramiz MikayıloğluAPA. Azərbaycanda bu gün keçirilən bələdiyyə seçkilərində ölkə üzrə seçici fəallığı saat 17:00-a 36.38 faiz təşkil edib.


APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib.

Saat 17:00-a qədər 4 milyon 819 min 382 seçicidən 1 milyon 753 min 394 nəfər səs verib. Ən yüksək seçici fəallığı 53 saylı Quba-Qusar, 51 saylı Qusar və 52 saylı Quba seçki dairələrində, ən zəif seçici fəallığı isə 26 saylı Sabunçu Birinci, 27 saylı Sabunçu İkinci, 28 saylı Sabunçu Üçüncü və 21 saylı Nəsimi Birinci seçki dairələrində qeydə alınıb.

Bu müddət ərzində MSK-ya 116 müraciət daxil olub ki, bunlar da müxtəlif informasiyanın alınması ilə bağlıdır. Bunlar arasında şikayət xarakterli məlumatlar yoxdur.


Xatırladaq ki, MSK bu gün səsvermə prosesi başa çatandan, yəni saat 19:00-dan sonra seçki fəallığı ilə bağlı yekun məlumatı açıqlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR