Təhsil Nazirliyi ümumi təhsil müəssisələri və peşə liseylərində daimi işləyən müəllimlərə xəbərdarlıq edib

Təhsil Nazirliyi ümumi təhsil müəssisələri və peşə liseylərində daimi işləyən müəllimlərə xəbərdarlıq edib
# 07 iyul 2014 10:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən müəllimlərə xəbərdarlıq edib. Nazirlikdən APA-ya verilən xəbərə görə, xəbərdarlıq qeyd edilib ki, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələri və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları”nın 4.2-ci bəndinə əsasən, ümumi təhsil müəssisələri və peşə liseylərində daimi işləyən müəllimlər işə qəbul üzrə müsabiqədə iştirak etmək üçün elektron ərizə ilə müraciət edə bilməzlər.

Qeyd edək ki, iyulun 1-də müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanılıb. Müsabiqəyə 2974 vakant yer çıxarılıb. Bakı şəhəri üzrə müsabiqəyə 293 vakant yer təqdim edilib. Bölgələrdən isə ən çox vakant yer Lerik (236), Quba (223), Cəlilabad (165), İmişli (103) və Gədəbəy (100) rayonları üzrə müəyyənləşdirilib. Vakant yerlərin ixtisaslar üzrə təhlili göstərir ki, kimya (379), biologiya (370), fizika (352), coğrafiya (335), riyaziyyat (225) fənləri və ibtidai siniflər (303) üzrə vakansiyalar üstünlük təşkil edir.

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu 15 iyul tarixində saat 18:00-da başa çatacaq. 16-19 iyul tarixlərində imtahan qrupları formalaşdırılacaq, hər bir müsabiqə iştirakçısının “Şəxsi səhifə”sinə imtahanın vaxtı və yeri barədə məlumat göndəriləcək. İmtahanlara 21 iyul tarixindən başlanılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR