AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi-Texniki Şurasının iclası keçirilib

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi-Texniki Şurasının iclası keçirilib
# 12 fevral 2013 12:19 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elmi-Texniki Şurasının iclası keçirilib.

RSXM-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda Mərkəzin seysmologiya şöbəsinin rəhbəri Tahir Məmmədlinin “Güclü ocaq zonalarının vəziyyəti və onun geoloji-tektonik təfsiri” mövzusunda elmi hesabatı müzakirə edilərək, Elmi-Texniki Şuranın üzvləri tərəfindən qəbul edilib.

İclasda mərkəzdə çalışan gənc alim, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Səbinə Kazımovanın ETŞ-yə üzvlük məsələsinə baxılıb. Elmi-Texniki Şura üzvləri həmçinin Mərkəzin Proqramlaşdırma şöbəsinin müdiri Tofiq Əsədova dosent elmi dərəcəsinin verilməsi ilə bağlı Prezident yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması üçün qərar qəbul ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR