Bakı sakini avtomobil idarə edərkən ölüb

Bakı sakini avtomobil idarə edərkən ölüb
# 22 noyabr 2014 11:12 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Bakı sakini avtomobildə ölüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 21-də saat 16 radələrində Kürdəmir rayonunun Qarabucaq kəndində Bakı şəhər sakini Vaqif Əlizadə “Hyundai” markalı avtomobili idarə edərkən dünyasını dəyişib.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR