«Turanbank»ın aktivləri ötən il 31% artıb

«Turanbank»ın aktivləri ötən il 31% artıb
# 29 yanvar 2013 12:32 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin aktivlərinin həcmi ötən il ərzində 31,3% artaraq 2013-cü il yanvarın 1-nə 217,6 mln. manat təşkil edib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə bankın məlumatına deyilir.

Hesabat tarixinə bankın kredit portfeli 2012-ci ilin əvvəli ilə müqayisədə 38,1% artaraq 161,5 mln. manata çatıb.

Ötən il ərzində Bankın depozit portfeli 18,6% artıb. Depozit portfelinin strukturunda əhalinin müddətli əmanətləri 2012-ci ilin əvvəli ilə müqayisədə 12,6% artaraq 59,8 mln. manat təşkil edib.

«Turanbank»ın məcmu kapitalı ilin əvvəli ilə müqayisədə 41,9% artaraq 33,9 mln. manat təşkil edib. Bankın nizamnamə kapitalı yenidən kapitallaşma prossesi nəticəsində 30 mln. manata çatdırılıb, ötən ilin əvvəli ilə müqayisədə 36,4% artim müşahidə olunub. Bankın nizamnamə kapitalının strukturu ümumilikdə 27 səhmdar olmaqla - 5 hüquqi (19,41%) və 22 fiziki şəxsdən (80,59%) ibarətdir.

Ötən ilin yekununda «Turanbank»ın gəlirləri 19,2 mln. manat, xərcləri isə 23 mln. manat təşkil edib.

Hazırda bankın 12 filialı (onlardan 6-sı regionlarda) və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR