DİN polis vəzifələri və Daxili Qoşunlarda müddətdən artıq hərbi xidmətdə işləmək istəyənlər üçün elan verib

DİN polis vəzifələri və Daxili Qoşunlarda müddətdən artıq hərbi xidmətdə işləmək istəyənlər üçün elan verib
# 24 sentyabr 2014 09:50 (UTC +04:00)

Bakı-APA. Daxili İşlər Nazirliyi (DİN) polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların (DQ) müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olanlar üçün elan verib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik rayon sakinləri 27 sentyabr 2014-cü il tarixdə saat 12.00-da Lənkəran Şəhər Rayon Polis Şöbəsində Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən qəbul ediləcəklər.

Qəbula gələn şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR