“Atrabank”ın səhmlərinin yerləşdirilməsi müddəti artırılıb

“Atrabank”ın səhmlərinin yerləşdirilməsi müddəti artırılıb
# 13 noyabr 2014 09:03 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-economics. “Atrabank” ASC-nin 12 noyabr 2013-cü il tarixində qeydiyyatına alınmış səhmlərin yerləşdirilmə müddəti 30 dekabr 2014-cü il tarixinə qədər uzadılıb.

Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar sözügedən səhmlərin emissiya prospektinin 23-cü bəndinə aşağıdakı dəyişikliklər edilib və həmin dəyişikliklər QKDK tərəfindən nəzərə alınıb:

“Səhmlərin yerləşdirilməsi 30 dekabr 2014-cü il tarixində başa çatacaq”.

Səhmlərin alışında maraqlı olan olan şəxslər Birja üzvü olan şirkətlərə müraciət edə bilərlər.

Səhmlərin emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR