Azərbaycanda növbəti «quş qripi» monitorinqi keçirilib

Azərbaycanda növbəti «quş qripi» monitorinqi keçirilib
# 01 fevral 2013 10:00 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində «quş qripi» xəstəliyinə görə növbəti monitorinq keçirilib. Bu barədə APA-ya DBX-nin mətbuat mərkəzindən məlumat verilib.

Yanvarın 21-də başlanmış monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 13 baş çöl, 2 baş ev quşunun patoloji materialları və ölkənin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan götürülən 1561 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Müayinə olunmuş nümunələrin heç birində quş qripi xəstəliyinin törədicisi müəyyən edilməyib.

Nəzarət tədbirləri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.

Quşların miqrasiyası əsas götürülərək növbəti monitorinqin fevralın 25-də başlanması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR