Sumqayıtda ağacların qanunsuz kəsilməsi aşkar edilib

Sumqayıtda ağacların qanunsuz kəsilməsi aşkar edilib
# 15 aprel 2013 14:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhəri, Azərbaycan prospekti 18-ci məhəllədə, C.Cabbarlı adına mədəniyyət evi ilə üzbəüz ərazidə zeytun və şam ağaclarının kəsilməsi ilə bağlı daxil olmuş məlumat əsasında Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırma aparılıb.

ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi xəbərə görə, aparılan araşdırma zamanı yaşıllıq sahəsində yaşköküstə diametri 30-52 sm olan 4 ədəd Eldar şamı və diametri 16 sm olan 5 ədəd zeytun ağacının qanunsuz kəsildiyi aşkar edilib. Baxış zamanı ərazidə texnika vasitəsilə torpaq qazma və hamarlama işləri aparıldığından digər ağac və kol cinslərinin kəsilməsini və ya kökündən çıxarılmasını müəyyən etmək mümkün olmayıb.


Qeyd olunan faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib, təqsirkarın müəyyənləşdirilməsi və barəsində qanuna müvafiq tədbirlərin görülməsi məqsədilə Sumqayıt şəhər İcra Hakimiyyətinə, Sumqayıt şəhər Prokurorluğuna və Polis İdarəsinə müraciət olunub.

Ərazi ETSN-nin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR