Azərbaycanda sınaq imtahanlarına yazılış martın sonunda aparılacaq

Azərbaycanda sınaq imtahanlarına yazılış martın sonunda aparılacaq
# 18 mart 2013 15:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən aprel ayının 7-də keçiriləcək sınaq imtahanlarına yazılış mart ayının sonunda (Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərindən sonrakı ilk iş günlərində) aparılacaq.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən şəxslər “Azercell”, “Bakcell” və “Nar Mobile” nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər.

SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq. Balansdan 3 manat 54 qəpik məbləğ çıxılacaq. Fakturalı xətt abonentləri bu xidmətdən istifadə edə bilməzlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR