Sumqayıtda maşın yanıb

Sumqayıtda maşın yanıb
# 22 iyul 2015 06:37 (UTC +04:00)

Bakı - APA. Sumqayıt şəhərində vətəndaşa məxsus QAZ markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, avtomobilin qalan hissəsi və yaxınlıqda dayanmış digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR