Azərbaycan südlük-maldarlıq istiqamətində heyvandarlıq təsərrüfatlarının yaradılmasında Belarus təcrübəsindən istifadə edəcək - FOTO

Azərbaycan südlük-maldarlıq istiqamətində heyvandarlıq təsərrüfatlarının yaradılmasında Belarus təcrübəsindən istifadə edəcək  - <span style="color: red;">FOTO
# 03 may 2013 15:32 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviçlə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşün məqsədi Belarus təcrübəsindən istifadə etməklə Azərbaycanda südlük-maldarlıq istiqamətində heyvandarlıq təsərrüfatlarının yaradılması, eyni zamanda Azərbaycan və Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın VII iclas protokolunun müvafiq bəndlərinin icrasından irəli gələn məsələlərin müzakirəsi olub.

Nazir İ.Abasov Azərbaycanda kənd təsərrüfatının digər sahələri ilə yanaşı heyvandarlıq sahəsinin də dinamik inkişaf etdiyini qeyd edib və bildirib ki, respublikada mal-qaranın cins tərkibinin yaxşılaşdırmaq, o cümlədən heyvandarlıqda süni mayalanmanın öyrənilməsi istiqamətində beynəlxalq təcrübənin tətbiq edilməsi, «Aqrolizinq» ASC-nin xətti ilə hər il ölkəyə yeni cins mal-qaranın gətirilməsi nəticəsində ət və süd istehsalı ilbəil artır: «Heyvandarlıq sahəsində Belarus təcrübəsindən istifadə etməklə ölkəmizdə yaradılması nəzərdə tutulan heyvandarlıq kompleksi bu sahənin inkişafına öz töhfəsini verəcək».

Görüşdə bu təsərrüfatın yaradılması istiqamətində nəzərdə tutulan məsələlərin müzakirə edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin 2012-ci ildə Belarusa, Belarus Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin 2013-cü ildə Azərbaycana səfərlərinin nəticələri müzakirə olunub.

Öz növbəsində səfir N.Patskeviç iki ölkə arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR