FHN-in Cənub Regional Mərkəzində nəzəri-praktiki məşq keçirilib - FOTO

FHN-in Cənub Regional Mərkəzində nəzəri-praktiki məşq keçirilib - <span style="color: red;">FOTO
# 29 aprel 2013 11:54 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində "Fövqəladə hallara çevik reaksiya vermə" mövzusunda nəzəri-praktiki məşq keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, əsas məqsədi Cənub Regional Mərkəzinin Xüsusi xilasetmə hissəsinin növbədə olan şəxsi heyətinin hazır vəziyyətə gətirilməsi, döyüş hazırlığının və peşə qabiliyyətlərinin yoxlanılması, bilik və bacarıqlarının artırılması, təxliyə yolları bağlanmış binada kəşfiyyatın aparılması, yuxarı mərtəbədə köməksiz vəziyyətdə qalmış insanların xüsusi alpinist ləvazimatları vasitəsilə xilas edilməsi və təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi qaydalarının mənimsənilməsi, “Fövqəladə hallara çevik reaksiyavermə” üzrə Mərkəzin fəaliyyətinin təşkili, baş vermiş fövqəladə hadisələr zamanı düzgün qərar qəbuletmə bacarığının aşılanmasından ibarət olan məşqə Mərkəzin bütün rəhbər, zabit və çavuş heyəti, eləcə də 1 ədəd “Mercedes-Sprinter” markalı xüsusi xilasetmə avtomobili, 2 ədəd “Chevrolet-Niva” avtomobili və 1 ədəd “MACK” yük avtomobili cəlb olunub.

İki mərhələdən ibarət olan məşqin birinci mərhələsində baş vermiş fövqəladə hadisə barədə şəxsi heyət xəbərdarlıq edilməklə birgə fəaliyyət təşkil olunub, yaranmış vəziyyət qiymətləndirilib, müvafiq hesabatlar və görüləcək işlər barəsində təkliflər hazırlanıb, əsas idarəetmə məntəqəsi, rabitə və xəbərdarlıq sistemi hazır vəziyyətə gətirilib. İkinci mərhələdə isə fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zamanı Cənub Regional Mərkəzində idarəetmənin, qarşılıqlı fəaliyyətin təşkili, qüvvə və vasitələrin, texnika və avadanlıqların fövqəladə hadisə yerinə cəlb edilməsi, köçürülmə, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsi üçün hazırlıq işlərinin həyata keçirilməsi, cəlb ediləcək qüvvə və vasitələrin hesabatı dəqiq olaraq müəyyənləşdirilib.

Mərkəzdə yaradılmış “qaynar xətt”ə daxil olmuş əməliyyat məlumatına əsasən, şərti olaraq Lənkəran şəhər 5 nömrəli tam orta məktəbin binasının 3-cü mərtəbəsində tikinti işləri apararkən qəza baş verib və nəticədə təmir işləri ilə məşğul olan işçilər xəsarət alaraq köməksiz vəziyyətdə qalıblar.

Məlumat daxil olduqdan dərhal sonra Mərkəzin şəxsi heyəti təxirəsalınmaz tədbirlərə başlayıb, həmçinin ərazidə yerləşən orqanların qüvvə və vasitələri də hadisənin fəsadlarının aradan qaldırılması işinə cəlb olunub.

Yekunda Mərkəzin struktur bölmələrinin fəaliyyəti ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR