Güclü külək Qubanın bir hissəsini işıqsız qoyub

Güclü külək Qubanın bir hissəsini işıqsız qoyub
# 19 yanvar 2016 06:37 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Ötən gün axşam saatlarından başlayaraq, davam edən güclü külək Quba rayonunda bir sıra fəsadlar törədib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, ən böyük ziyan rayonun elektrik təsərrüfatına dəyib. Quba rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, hazırda rayonun 50 faizinə elektrik enerjisinin verilişi dayandırılıb. O bildirib ki, dəyən ziyanın aradan qaldırılması və əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması istiqamətində işlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR