Sentyabrda Mərkəzi Bankın valyuta ehtiyatları azalıb

Sentyabrda Mərkəzi Bankın valyuta ehtiyatları azalıb
# 03 oktyabr 2015 08:14 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabr ayı üzrə sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmini açıqlayıb.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, AMB-nin valyuta ehtiyatları son 1 ayda 271,2 mln. manat və ya 3,71% azalaraq 7 mlrd. 044,2 mln. manata düşüb.

Son 1 ildə isə AMB-nin valyuta ehtiyatlarında 7 998,2 mln. dollar və ya 53,2% azalma qeydə alınıb.

Cari ilin əvvəlindən azalma 6 714,1 mln. dollar və ya 48,8% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR