Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub

Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub
# 22 avqust 2015 16:03 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-də Firuzə Zərbəliyevanın evindən 500 manat, sənəd və geyim əşyaları oğurlamış Quba rayon sakini Nigar Əliyeva saxlanılıb.

Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə bu il aprelin 4-də Səriyyə Cavadovaya məxsus içərisində 190 manat, 50 avro və sənəd olan pul kisəsini oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Viktoriya Kotlyar tutulub.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR