Mayın 1-dən ali məktəblərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə seçmə turlar başlayacaq

Mayın 1-dən ali məktəblərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə seçmə turlar başlayacaq
# 19 aprel 2013 14:00 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Mayın 1-dən ali məktəblərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə seçmə turlar başlayacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2013/2014-cü tədris ilinin qabiliyyət imtahanlarında iştirak etmək üçün seçmə turlar mayın 1-dən mayın 20-dək ali təhsil müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə şəhərlərində, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay, Şirvan şəhərlərində TQDK tərəfindən yaradılmış Qabiliyyət İmtahanı Komissiyalarında (QİK) keçiriləcək.

Seçmə turda iştirak etmək üçün abituriyent təsdiq olunmuş elektron ərizəsini, "Qabiliyyət imtahanlarına qeydiyyat vərəqi"ni, şəxsiyyəti təsdiq edən sənədini, seçdiyi ixtisasın xüsusiyyətindən asılı olaraq tələb olunan sənədləri (yaradıcılıq işlərini) QİK-ə şəxsən təqdim etməlidir.

Seçmə turda abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxla­madan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR