«Bank of Baku»nun paytaxtda yeni «Yasamal» filialı – gələcək bu gündən başlayır! - FOTO

«Bank of Baku»nun paytaxtda yeni «Yasamal» filialı – gələcək bu gündən başlayır! - <span style="color: red;">FOTO
# 28 mart 2013 12:03 (UTC +04:00)

Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Yasamal» filialı Nazim Hikmət küçəsi,32C ünvanında («Hezz» klubla üzbəüz) yerləşir.

«Yasamal» filialı sahəsi 700 kv. metr təşkil edən və ən müasir texnologiyalarla təchiz olunmuş binada yerləşib. Filialda mövcud kampaniyalar və bankın təqdim etdiyi xidmətlər haqqında video-görüntülər yayımlamaq üçün monitorlar, növbənin elektron idarə edilməsi sistemi, kredit ödənişləri və hesabların möhkəmləndirilməsi üçün bankın daxilində və xaricində terminallar, həmçinin müştərilərə fasiləsiz xidmət göstərmək üçün xüsusi İT avadanlıqlar quraşdırılıb.

Bununla əlaqədar «Bank of Baku»nun baş direktoru Fərid Əlizadə qeyd edib ki, yeni filialın açılışı bir qədər öncə qəbul edilmiş yeni strateji inkişaf proqramı çərçivəsində həyata keçirilib: «Məqsəd daim artan müştəri kütləsinə daha çevik və səmərəli xidmət göstərmək üçün filial şəbəkəsinin təkmilləşdirilməsidir. Memarlıq görünüşü ilə yeni filialımız özündə möhtəşəm və müasir şəhərimizi əks etdirir. Biz müştərilərimizi yeni ünvanda görməyə məmnun olacağıq və bununla da şəhərimizin dinamik görkəminə verdiyimiz töhfə ilə fəxr edirik».

«Yasamal» filialı bazar ertəsi-şənbə günləri saat 09:00-dan 17:00-dək işləyir. Fasilə 13:00-dan 14:00-dəkdir. Filial bütün növ bank xidmətləri təqdim edir.

«Bank of Baku»nun məhsul və xidmətləri ilə yaxından tanış olmaq üçün Bankın 145 nömrəli Məlumat Mərkəzinə zəng etmək, həmçinin www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsinə və www.bankofbaku.com korporativ veb-saytını ziyarət etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR