Azərbaycanın Misirdəki səfirliyi Niger səmasında qəzaya uğramış təyyarədə Azərbaycan vətəndaşlarının olub-olmadığını araşdıracaq

Azərbaycanın Misirdəki səfirliyi Niger səmasında qəzaya uğramış təyyarədə Azərbaycan vətəndaşlarının olub-olmadığını araşdıracaq
# 25 iyul 2014 09:54 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin şöbə müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu istiqamətdə Azərbaycanın Misirdəki səfirliyi tərəfindən lazımi tədbirlər görülürr.

Araşdırma Əlcəzair rəsmi dövlət orqanları və “Air Algerie” şirkəti vasitəsilə aparılacaq.

Xatırdalaq ki, dünən Əlcəzairin “Air Algerie” şirkətinə məxsus təyyarə Niger paytaxtı Niamey yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 110 sərnişinin və 6 ekipaj üzvünün həlak olduğu ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR