Zərdabda oğurluqla məşğul olan şəxslər saxlanılıb

Zərdabda oğurluqla məşğul olan şəxslər saxlanılıb
# 16 aprel 2013 09:06 (UTC +04:00)

Zərdab. Elvin Yaqubov - APA. Zərdab rayon Polis Şöbəsinin əməkdaşları oğurluqla məşğul olan beş nəfərdən ibarət qrupu zərərsizləşdirib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, ötən iki gün ərzində Zərdab şəhərinin ayrı-ayrı yerlərində fəaliyyət göstərən 4 mağazanın sahibləri rayon polis şöbəsinə ərizə ilə müraciət edərək bildiriblər ki, naməlum şəxslər onlara məxsus obyektlərin pəncərə və qapılarını sındıraraq oradan nəğd pul, siqaret, geyim əşyaları və telefon oğurlayıblar. Mağaza sahiblərinə ümumilikdə 1000 manata yaxın maddi ziyan dəyib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Ucar sakinləri - Mirələm Əliyev, Tağı Tağıyev, Cavidan Hüseynov, Elvin Ələkbərov, Ələsgər Əsgərov tutularaq istintaqa təhvil verilib. Məlum olub ki, onlar qabaqcadan əlbir olaraq sahibkarlara məxsus mağazaları gizli yolla talayıblar. Hazırda gənclərin başqa rayonlarda da oğurluq edib-etmədikləri araşdırılır.

Məlumata görə, 20-25 yaşlı gənclərdən ibarət cinayətkar qrupa 16 yaşlı yeniyetmə Tağı Tağıyev rəhbərlik edib. Qrup üzvləri Tağı Tağıyevin verdiyi kordinatlar əsasında mağazalardan oğurluq ediblər. Tağı Tağıyev, Mirələm Əliyev və Cavidan Hüseynov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Zərdab rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR