Azərbaycan gömrükçüləri qaçaqmal dərman preparatları və qabyuyan maşınlarını aşkar edib

Azərbaycan gömrükçüləri qaçaqmal dərman preparatları və qabyuyan maşınlarını aşkar edib
# 16 dekabr 2014 08:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirir.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycanın gələn Gürcüstan vətəndaşı Qurbanəliyev Fariz Almaz oğlunun idarə etdiyi “Mercedes-Benz 300D” markalı AA488RR dövlət nömrə nişanlı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Yoxlama zamanı vətəndaşa məxsus avtomobilin salonundakı gizli saxlanc yerlərindən ümumilikdə 10010 kapsula dərman preparatları gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək götürülüb.

Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Türkiyədən Azərbaycana gələn Türkiyə vətəndaşı Şeref Gürsoy Kazım oğlunun idarə etdiyi “MAN” markalı, 61K11243/61K10766 nömrə nişanlı yük avtomobilindən invoys sənədində göstərilməyən və gömrük orqanına bəyan olunmayan 140 ədəd “BEKO”, 28 ədəd “Blomberg” markalı, ümumilikdə 168 ədəd qabyuyan maşınlar aşkar olunub.

Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR