Boston teraktına görə qazaxıstanlı iki tələbə saxlanılıb

Boston teraktına görə qazaxıstanlı iki tələbə saxlanılıb
# 01 may 2013 18:49 (UTC +04:00)

Bakı-APA. Cövhər Tsarnayevin kollec yoldaşları olan qazaxıstanlı iki tələbə Boston terror aktı işi üzrə saxlanılıblar. Tələbələri yalan deməkdə günahlandırırlar. APA-nın xəbərinə görə, bu barədə CNN məlumat yayıb.

Daha öncə Boston polisi terror aktı işi üzrə 3 nəfərin daha saxlanıldığını bildirmişdi. Onlardan biri ABŞ vətəndaşıdır.

Xatırladaq ki, aprelin 15-də Bostonun mərkəzində bir birinin ardınca iki partlayış törədilib, nəticədə 3 nəfər həlak olub – 8 yaşlı oğlan, restoran meneceri işləyən 29 yaşlı qadın və 23 yaşlı çinli tələbə qız.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR