Yenicə müstəqilliyinə qovuşmuş Azərbaycanın Heydər Əliyev tarixi şəxsiyyəti ilə birləşməsi o zamanki Azərbaycanın müstəqilliyini qoruyub saxlamasının ən həlledici məqamlarından biri idi.
APA xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib.
Əli Əhmədov bildirib ki, Heydər Əliyevin qayıdışı olmasaydı, Azərbaycanın taleyi tamamilə başqa cür olardı: “Azərbaycanın möhtəşəm tarixi qələbəsi – Qarabağın azad olunması da öz başlanğıcını Heydər Əliyevin tarixi qayıdışından götürüb. Prezident İlham Əliyevin bundan sonra da əldə edəcəyi nailiyyətlərdə Qurtuluş məfkurəsi özünü göstərəcək”.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, 15 iyun milli siyasi təqvimdə yalnız 1993-cü ilin hadisələri ilə bağlı deyil, çarizmdən Cümhuriyyətə, Sovetlərdən müstəqilliyə qədər uzanan yüzillik tarixin simvoludur: “İki əsr boyu Azərbaycana ya çarizmin canişinləri, ya qırmızı komissarlar, ya da Moskvanın adamları başçılıq edirdi. 1969-cu ildə ilk dəfə bir şəxsiyyət həm Azərbaycanın, həm də imperiyanın rəhbərliyində təmsil olundu. Əsl Milli Qurtuluş həmin tarixdən başlanır. Atatürkdən fərqli olaraq, Ulu Öndər altı yüz illik tarixi miras üzərində deyil, totalitar sistemin içərisindən çıxaraq xalqını gələcək müstəqilliyə hazırladı və dövlət quruculuğuna rəhbərlik etdi. Heydər Əliyevin Kremldən Bakıya, oradan Naxçıvana, nəhayət, 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı Zəfərimizin təməllərinin qoyulduğu Böyük Qayıdış hadisəsidir. Biz Qurtuluşdan Zəfərə gedən yolda məğlubiyyətə və işğala son qoyduq, imperiya paytaxtlarından idarə olunmaqdan, daimi torpaq itkilərindən və ömürlük köçkünlükdən əbədi xilas olduq”.
Deputat Vüqar İskəndərov vurğulayıb ki, Qurtuluş günü Azərbaycanın varlığı ilə yoxluğu arasındakı o incə cizgi idi: “Məhz belə bir taleyüklü məqamda xalqımızın təkidli tələbi və böyük inamı ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı real məhvdən xilas etdi. İyunun 15-də dahi şəxsiyyətin Ali Sovetin sədri seçilməsi ilə ölkəmizdə qurtuluş fəlsəfəsinin və milli birliyin təməli qoyuldu. Ümummilli Lider öz siyasi dühası, zəngin dövlətçilik təcrübəsi və sarsılmaz qətiyyəti ilə qısa müddətdə ölkədə daxili sabitliyi bərpa etdi, qanunsuz silahlı qruplaşmaları zərərsizləşdirdi və nizami ordunun qurulmasına nail oldu. “Əsrin müqaviləsi” ilə iqtisadi müstəqilliyimizin, ardınca isə hüquqi dövlət quruculuğunun təməli möhkəmləndirildi. Bu gün biz tamamilə fərqli, qürurlu və qüdrətli bir Azərbaycanda yaşayırıq. Ulu Öndərin uzaqgörənliklə əsasını qoyduğu dövlətçilik strategiyası son 20 ildən artıq dövrdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən misilsiz uğurlarla davam etdirilib. Milli Qurtuluş Gününün bizə qazandırdığı ən böyük strateji hədəf respublikamızın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası oldu”.
Qurtuluş günü Azərbaycanın varlığı ilə yoxluğu arasında incə cizgi idi - RƏY
Daxili siyasət
Baş nazir Əli Əsədov Milli Qurtuluş Günü münasibətilə Heydər Əliyevin məzarını ziyarət edib
Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
Sumqayıtda Milli Qurtuluş Günü qeyd olunub - FOTO
Xəbər Lenti
Rusiyada Tu-22M3 bombardmançısı qəzaya uğrayıb
Kubada 5,3 bal gücündə zəlzələ baş verib
Netanyahu: İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik
Şirvanda 32 yaşlı kişi bıçaqlanıb
Aİ Moldova ilə üzvlük danışıqlarına rəsmən başlayıb
DÇ-2026: Belçika Misirlə heç-heçə edib
ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik
Tramp: Hörmüz boğazında gəmiçilik ödənişsiz olacaq
Azərbaycanda Məhərrəm ayı başlayıb
Göyçayda güclü külək fəsadlara yol açıb
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
Ermənistan iyunun 17-də öz ərazisində ABŞ ilə birgə hərbi təlimlərə başlayacaq
Reuters: Hörmüz boğazının minalardan təmizlənməsi 50 günə qədər çəkə bilər
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
Vens: ABŞ İranla zənginləşdirilmiş uran ehtiyatlarının məhvini müzakirə edir
Moskva-Naxçıvan reysində qadın sərnişin təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib
Tramp: İranla münaqişədən sonra ABŞ Ukraynaya fokuslanacaq
DÇ-2026-da ilk sensasiya: İspaniya Kabo Verde ilə oyunda xal itirib
Vens: ABŞ İrana qarşı sanksiyaları yumşaltmağa hazırdır
Əraqçi: ABŞ və İran nümayəndə heyətlərinin rəhbərləri iyunun 19-da Cenevrədə görüşə bilər
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
Tramp İranla razılaşmaları Vensin imzalayacağını təsdiqləyib
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
KİV: ABŞ-İran anlaşma memorandumunu Tramp, Vens və Qalibaf imzalayıblar
Kamran Əliyev və Muhsin Şentürk Qarsdakı Baş Konsulluğu ziyarət ediblər
HHQ komandanı: Baltikyanı ölkələrə hücum olsa, Almaniya Kalininqrad və Sankt-Peterburqa zərbə endirə bilər
Rusiya XİN Krım və ona bitişik dəniz əraziləri ilə bağlı beynəlxalq arbitraj işində qələbə qazandığını açıqlayıb
Yağıntı və dumanla əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
Bakıda narkokuryerdə 9 kq narkotik aşkarlanıb-VİDEO
Gəncədə sərnişin avtobusu avtomobilə çırpılıb, 8 nəfər xəsarət alıb - FOTO
Tovuzda kanalda meyit tapılıb - YENİLƏNİB
Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkəti bərpa olunub
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
Zaqatalada maşın aşıb, ölən var
Ralf Horlemann: Avropa İttifaqının Azərbaycana olan marağı son illərdə daha da artıb
Ağdamda kişi tanışını güllələyib
Bəqai: Cenevrə görüşündən əvvəl region ölkələrinə səfər ediləcək
Səfir: Almaniya ilə Azərbaycan arasında ticarət balansı bərabərdir
Vuçiç ilk dəfə Gürcüstana səfər edib
Almaniya səfiri: Ən mühüm regional inkişaf Azərbaycanla Ermənistan arasında sülh prosesidir
Rusiyada seçkilər zamanı internet söndürüləcək
Aİ Rusiyanın Baş prokuroruna sanksiya tətbiq edib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 7 vaqon buğda göndərilib - YENİLƏNİB
Bakıda maşından 2 telefon oğurlanıb
Sumqayıtda oğurluq edən şəxs saxlanılıb
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
Gürcüstan ABŞ-İran razılaşmasını alqışlayıb
170 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub